“Liverpul”un Almaniyaya girişinə icazə verilmir

  • Space TV
  • 5 Fevral 2021 10:21

Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində fevralın 16-na planlaşdırılan “Leypsiq” – “Liverpul” oyunu Almaniyada keçirilməyə bilər.

Belə ki, “Sky Sports”un məlumatına görə, Almaniya federal polisi “Liverpul” komandasının ölkəyə buraxılması haqqında “Leypsiq”in müraciətini rədd edib. Qurumdan bildiriblər ki, koronavirus pandemiyasına görə tətbiq edilən qaydalarda peşəkar idmançılar üçün istisnalar nəzərdə tutulmayıb.

Qeyd edək ki, Almaniya hökumətinin qərarına əsasən fevralın 17-dək daimi yaşayış izni olanlar istisna, əcnəbi vətəndaşların ölkəyə girişi qadağan edilib.

Paylaş

 Xəbəriniz olsun