“Liverpul” – “Arsenal” oyununda 10 qol

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:14

İngiltərə Liqa kubokunda 1/8 finalın görüşləri baş tutub.

SPACE TV xəbər verir ki, dünən keçirilən qarşılaşmalar arasında “Liverpul” və “Arsenal”ın oyunu daha maraqlı alınıb.

“Liverpul”un meydanında baş tutan görüş 5:5 hesabı ilə başa çatıb.

Oyun penaltilər zərbəsi zamanı “Liverpul”un (5:4) qələbəsi ilə yekunlaşıb.

“Liverpul” – “Arsenal” – 5:5 (penaltilər – 5:4)
Qollar: Mustafi, 6-avtoqol (1:0), Torreyra, 19 (1:1), Martinelli, 26 (1:2), 36 (1:3), Milner, 43 (2:3), Maytland Niles, 54 (2:4), Oksleyd Çemberleyn, 58 (3:4), Origi, 62 (4:4), Villok, 70 (4:5), Origi, 90+4 (5:5)

“Aston Villa” – “Vulverhempton” – 2:1
Qollar: El Qazi, 28 (1:0), Kutrone, 54 (1:1), Elmohamadi, 57 (2:1)

“Çelsi” – “Mançester Yunayted” – 1:2
Qollar: Reşford, 25 (0:1), Batşuayi, 61 (1:1), Reşford, 73 (1:2)

Paylaş

 Xəbəriniz olsun