Livanın yeni baş nazirinin adı açıqlanıb

  • Space TV
  • 31 Avqust 2020 15:53

Livan prezident Mişel Aun yeni hökuməti formalaşdırmağı Mustafa Ədibə həvalə edib.

Spacetv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident dəftərxanasının başçısı Antuan Şukeyr jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Livan parlamentinin 128 deputatından 90-ı onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Mustafa Ədib bundan əvvəl Livanın Almaniyadakı səfiri işləyib.

Paylaş

 Xəbəriniz olsun