Livan hökumətini qurmaq yenə Saad əl-Həririyə tapşırıldı

  • SpaceTV
  • 22 Oktyabr 2020 15:55

Livanın Prezidenti Mişel Aun baş nazir vəzfəsinə Saad əl-Həririni təyin edib.

Spacetv.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə iştirak edənlərin çoxu əl-Həririni dəstəkləyib.

Onun başlıca vəzifəsi hökuməti formalaşdırmaqdır. əl-Həririnin sələfi Mustafa Adib İranyönlü “Hizbullah” təşkilatı və “Amal” hərəkatının tələbi səbəbindən hökumət qura bilmədi. Bu qurumlar maliyyə naziri postunun onlara verilməsini istəyirdi.

Qeyd edək ki, Saad əl-Həririyə hökuməti formalaşdırmaq üçüncü dəfədir həvalə olunur.

Paylaş

 Xəbəriniz olsun