Litvada koronavirusa yoluxan qadın uşaq dünyaya gətirib

  • Space TV
  • 24 Aprel 2020 10:26

Litvanın paytaxtı Vilnüsun “Santaros” klinikasında koronavirusa yoluxan qadın uşaq dünyaya gətirib.

SPACE TV xəbər verir ki, Litva Səhiyyə naziri Aureliyus Veriqa ana və uşağın özlərini yaxşı hiss etdiyini söyləyib. Nazirin sözlərinə görə, qadında COVID-19 virusu aşkarlandıqdan sonra xəstəxanada bütün təhlükəsizlik tədbirləri görülüb, hazırda ana və körpəyə ayrıca qulluq edilir.

Paylaş

 Xəbəriniz olsun