Litva Gürcüstanın adını dəyişib

  • Space TV
  • 11 Yanvar 2021 15:43

Litvanın Litov dili üzrə Dövlət Komissiyası Gürcüstanın adının rəsmi olaraq Sakartvelo adlanması barədə qərar qəbul edib.

Spacetv.az “Sputnik Litva”ya istinadən xəbər verir ki, məlumatı Dövlət Komissiyasının Mətbuat xidməti yayıb.

“Dövlətlərin rəsmi adı” bölməsində Gruzija (Gürcüstan) “Sakartvelas” (Sakartvelo) ilə əvəz edilib”, – sənəddə bildirilib.

Uyğun qərar bu il yanvarın 7-də Dövlət Komissiyasının sədri Audris Antanaytis tərəfindən qəbul edilib.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda qəbul edilmiş qərara əsasən, 2021-ci ildən sonra Gürcüstanın rəsmi adı Sakartvelo, vətəndaşları isə sakartvel adlanacaq.

Paylaş

 Xəbəriniz olsun