“Little Big” qrupunun sabiq üzvü ölmüş halda tapıldı

  • Space TV
  • 2 Mart 2021 10:40

“Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.

Bu barədə “Pyatıy kanal” xəbər yayıb.

Bildirilir ki, 40 yaşlı artistin cəsədini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb.

Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.

Qeyd edək ki, musiqi karyerasından əlavə Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi.

Paylaş

 Xəbəriniz olsun