Liseylərə elektron qeydiyyat başa çatdı

  • Space TV
  • 21 Avqust 2020 15:02

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başa çatıb.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edək ki, qeydiyyatdan keçirilən şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Müsabiqənin 25 avqustda təşkil olunması nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun