Lionel Messi finalda oynamaya bilər

  • Space TV
  • 14 Yanvar 2021 12:55

“Barselona” klubunun futbolçusu Lionel Messi zədə səbəbindən İspaniya Super Kubokunun final matçını buraxa bilər.

Spacetv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman yarımfinalda “Real Sosyedad”ı məğlub etdikləri oyundan sonra bildirib.

O, 34 yaşlı hücumçunun durumu ilə bağlı bir neçə gün gözləməli olduqlarını söyləyib.

Qeyd edək ki, “Barselona” “Real Sosyedad”ı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilərlə 3:2 hesabı ilə üstələyib. Messi bu qarşılaşmada iştirak etməyib.

Kataloniya komandası finalda “Real Madrid” – “Atletik” cütünün qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal oyunu bu gün, final isə yanvarın 17-də gerçəkləşəcək.

Paylaş

 Xəbəriniz olsun