“Lion” Fransa hökumətini məhkəməyə verəcək: “Çempionat bərpa edilsin”

  • SpaceTV
  • 4 İyun 2020 11:02

“Lion” futbol klubunun prezidenti Jan-Mişel Ola ölkə çempionatının vaxtından əvvəl başa çatdırılması qərarı ilə bağlı Fransa hökumətini tənqid edib.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

Klub prezidenti məhkəməyə müraciət edərək, mövsümün bərpasını tələb edəcəklərini vurğulayıb.

Onun sözlərinə görə, “Lion”la birlikdə bir sıra digər Fransa komandaları hökumətə qarşı məhkəmə iddiası qaldırmağa hazırdır.

Xatırladaq ki, “Lion” komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşdığı üçün avrokuboklara vəsiqə qazana bilməyib.

Paylaş

 Xəbəriniz olsun