Limon yığımına başlanılıb

  • SpaceTV
  • 23 Yanvar 2020 16:51

Lənkəranın sitrus  bağlarında  naringi, kinkan yığımından  sonra indi növbə limonundur. Bir müddətdir  təsərrfatlarda  meyvə yığımı davam edir.  Yetişdirilməsi  böyük zəhmət tələb edən  və xüsusi ətrə malik limonun yığımı əsasən ilin iki fəslində həyata keçirilir. Birinci yığım noyabrın ikinci yarısında başlayıb yanvarın ortalarınadək  davam edir.

Yay mövsümüundə havaların quraq keçməsi səbəindən meyvələr bir qədər xırda olsa da,məhsuldalıq qənətbəxşdir.   Yerli limonlara tələbatın çox olduğunu vurğulayan təsərrüfatçılar deyir ki, əgər xaricdən limon gətirilməsə, məhsul bazarda daha yüksək qiymətə satılar.

Növündən asılı olaraq limon ildə bir dəfədən dörd dəfəyə qədər meyvə verir. Möhkəm qabığı onu hər fəsildə saxlamağa imkan verir.

Əsasən Lənkəranda, Bakıda və ətraf rayonlarda bazara çıxarılan məhsulun qiyməti alıcıları qane edir. Limonların qiyməti iri-xırdalığına görə dəyişir. Alıcılara kiçik limonların 7-8-i ədədi, iri limonların isə 3-4-ü bir manata təklif olunur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun