Lilian Mori Paskye: “Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir”

  • SpaceTV
  • 11 Sentyabr 2019 16:18

Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir. Məhz buna görə də Avropa Şurasının 70 illiyini Bakıda qeyd edirik”.

Space TV xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçirilən “Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa” adlı konfransın açılışındakı nitqində bildirib.

Avropa Şurası ölkələrinin İnsan Hüquqları Konvensiyasını milli səviyyədə həyata keçirmələrinin əhəmiyyətinə toxunan qonaq Bakıda keçirilən tədbiri bu məsələlərin müzakirəsi üçün əlverişli platform kimi səciyyələndirib.

Lilian Mori Paskye həmçinin Azərbaycan hökumətinə əməkdaşlığa görə təşəkkür edərək səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla və başqa rəsmi şəxslərlə görüşlər keçirdiyini qeyd edib.

Qonaq Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul konvensiyasına qoşulmağa çağırıb.

Paylaş

 Xəbəriniz olsun