Liftlər dəyişdirilir

  • SpaceTV
  • 6 Noyabr 2019 18:03

Gəncədə müəyyən binalarda mövcud olan köhnə liftlərin yeniləri ilə əvəz olunması prossesinə start verilib və yaxın müddətdə ölkənin ikinci böyük şəhərinin  heç bir çoxmərtəbəli yaşayış binasında köhnə lift olmayacaq.Gəncə  şəhərində bu gün üçün  yenilənməyə ehtiyac duyulan 93 ədəd liftin 56 -sı nın dəyişdirilməsinə başlanılıb. Yeni liftlər gətirlib və ilkin mərhələdə 37 ədəd  lift  şaxtaların  daxilində dəyişdirilib. Hazırda işlər şəhərin  Yeni Gəncə qəsəbəsində və 4 -cü mikrarayonu ərazisində aparılır. Yeni liftlər Belarus Respublikasının istehsalıdır və ən yüksəsk texnoloji şərtlərə cavab verir.

Yaxın günlərdə texnikaların növbəti hissəsi Gəncə şəhərinə gətiriləcək. Bir ay ərzində şəhərin çoxmərtəbəli yaşayış binalarında istismar  müddətdini başa liftlər tam götürləcək. Bildirək ki,   bu gün Gəncə şəhərindəki binalarda ümumən   199 ədəd şərnişin lifti mövcuddur. 2005-2006-cı illərdə həmin liftlərdən 36, 2010-cu ildə 20, 2013-cü ildə isə 70 ədədi dəyişdirilib.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun