Leysan yağışlar, güclü külək 5 nəfərin yaşadığı evi uçmaq həddinə çatdırıb.

  • SpaceTV
  • 24 Fevral 2020 15:31

Goranboy rayonun Xanqərvənd kənd sakini Afət Əsgərovaya məxsusu mənzilin son 3 ayda arxa və yan divarları parçalanıb. Kənd sakini oğlu, gəlini və 2 azyaşlı nəvəsi ilə hər an uçmaq təhlükəsi olan evdə yaşayır. Afət Əsgərova yağış, güclü külək olan zaman həyacan, qorxu içində qaldıqlarını deyir. Otaqlarda yaranan çatlar günbəgün artaraq sahibini daha da qorxuya salır.

Xanqərvənd kənd sakini azyaşlı nəvlərinin həmin mənzildə tez-tez xəstləndiyini deyir. Afət Əsgərova ani zəlzələ, güclü küləyin təsirindən mənzilin uça biləcəyindən narahatdır.

Yaşlı qadın həyacan təbili çalaraq ailə üzvlərini çətin vəziyyətdən qurtamağa çalışır. Bunun üçün hərkəsdən kömək gözləyir. Qeyd edək ki, Afət Əsgərova qəzalı vəziyyətdə olan evlə bağlı adiyyatı qurumlarada müraciyyət edib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun