Leyla Abdullayeva: “Ermənistan Cenevrədə götürdüyü öhdəliyi pozur” – FOTO

  • Space TV
  • 3 Noyabr 2020 14:12

Azərbaycanın Ağdam rayonunun Mahrızlı kəndində məktəb binası Ermənistanın silahlı qüvvələri tərəfindən ağır atəşə məruz qalıb.

Spacetv.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bildirib.

O, bunun Ermənistan XİN rəhbərinin mülki və qeyri-hərbi obyektləri hədəfə almayacağına dair Cenevrədə götürdüyü öhdəlikdən az sonra baş verdiyini xatırladıb.

Paylaş

 Xəbəriniz olsun