Leyla Əliyeva yeni doğulan körpələrə baş çəkdi

  • Space TV
  • 7 Fevral 2020 11:02

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub.

SPACE TV xəbər verir ki, Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduqları üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib.

Qeyd edək ki, altmış çarpayılıq doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib.

Paylaş

 Xəbəriniz olsun