Leyla Əliyeva daun sindromlu uşaqlarla şənlikdə

  • Space TV
  • 25 Dekabr 2019 10:22

Dekabrın 24-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Yeni il bayramı ilə əlaqədar şənlik təşkil olunub.

SPACE TV  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib. Leyla Əliyeva Mərkəzdə müalicə alan uşaqlarla söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.

İncəsənət ustalarının çıxışları, hazırlanmış maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tez-tez görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda iştirak edir.

Paylaş

 Xəbəriniz olsun