Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”

  • SpaceTV
  • 30 Noyabr 2020 15:29

“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.

Spacetv.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

“Qoy nə istəyir danışsın. Onunsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, – A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən bildirib.

Paylaş

 Xəbəriniz olsun