Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçildi – FOTO

  • Space TV
  • 18 Dekabr 2020 10:02

“Bayern”in hücumçusu Robert Levandovski FİFA-nın versiyasına görə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Mükafat uğrunda həmçinin Kriştianu Ronaldu və Lionel Messi də mübarizə aparıb.

Ən yaxşı qadın futbolçu adına “Mançester Siti”dən Lusi Bronz layiq görülüb.

Bu mükafat uğrunda onun rəqibləri Pernilla Harder və Vendi Renar olub.

Paylaş

 Xəbəriniz olsun