“LEŞ TOFİQİN” davamçıları

  • SpaceTV
  • 11 Oktyabr 2019 18:30

Hamıya bəllidir ki, Azərbaycanda uzun illərdir leş mafiyaları fəaliyyət göstərir. Artıq bu mafia başçıları özlərinə elə leş təxəllüsün seçirlər. Ya da onların “müştəriləri” bu təxəllüsü onlara verirlər. Bir müddət öncə qidaya yararsız, ölmüş iri buynuzlu qaramal və at ətlərinin toplanması və emalı ilə məşğul olan dəstə ifşa edildi. Bu məsələ bir neçə gün sosial şəbəkələrin də əsas müzakirə mövzusu oldu.  Bir anda ölkədə “məhşurlaşan”  Leş Tofiqin dəstəsi ifşa edilərək həbs olundu. Leş Tofiqdən sonra yeni bir leşçi, Leş Elgün çıxdı ortaya. Balakən rayon Polis Şöbəsinə Leş Elgün kimi tanınan Çonpuzov Elgünün mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Keçirilmiş tədbir zamanı 33 yaşlı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti  aşkar edilib. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün laboratoriyayaa göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.Artıq gündəmdə olan bu məsələ isə hər kəsi narahat edir. Çünki bu məhsullar istənilən şəxsin qarşısına çıxa bilər və bilmədən hər kəs ondan istifadə edə bilər.

Əsas məsuliyyət isə elə istehlakçıların üzərinə düşür. Alıcıların aldıqları ətin mənbəyi barədə sənəd tələb etmək tam haqqıdır.

 Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun