“Leş Tofiqin” davamçıları

  • SpaceTV
  • 15 Oktyabr 2019 18:13

Hamıya bəllidir ki, Azərbaycanda uzun illərdir leş mafiyaları fəaliyyət göstərir. Artıq bu mafia başçıları özlərinə elə leş təxəllüsünü seçirlər. Ya da onların “müştəriləri” bu təxəllüsü onlara verirlər. Bir müddət öncə qidaya yararsız, ölmüş iri buynuzlu qaramal və at ətlərinin toplanması və emalı ilə məşğul olan dəstə ifşa edildi. Bu məsələ bir neçə gün sosial şəbəkələrin də əsas müzakirə mövzusu oldu.  Bir anda ölkədə “məhşurlaşan”  Leş Tofiqin dəstəsi ifşa edilərək həbs olundu. Leş Tofiqdən sonra yeni bir leşçi, Leş Elgün çıxdı ortaya.  Lakin Elgün Çonpuzovun tutulması da başqa leşçilərə dərs olmadı.. Leş Tofiqin daha bir”davamçısı” saxlanılıb. Bərdədə   “bala Tofiq” ləqəbli Tofiq Qurbanova məxsus həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı 44 yaşlı Tofiq Qurbanova məxsus sahədə mənşəyi məlum olmayan, satış üçün hazırlanmış istifadəyə yarasız  təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə baxış keçirilən zaman ətin kəskin iyli olduğu məlum olub. Ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Artıq gündəmdə olan bu məsələ isə hər kəsi narahat edir. Çünki bu məhsullar istənilən şəxsin qarşısına çıxa və bilmədən hər kəs ondan istifadə edə bilər.

Lakin saxta, yararsız mal istehsalı  ilə məşğul olan qruplaşmalar yalnız ət bazarında deyil, başqa sahələrdə də fəaliyyətdədirlər. Bakıda saxta spirtli içkilər hazırlayan Beluqa Tahir və dəstəsi ifşa edilib. Beluqa Tahir ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi cinayətkar dəstə bir müddətdir ki, gizli sexlərdə Rusiya istehsalı olan spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markaları   vurmaqla müxtəlif obyektlərdə və şərab evlərində satışını təşkil edir. Dəstə üzvlərinə məxsus gizli sexə,Saxlanc yerlərinə, eləcə də spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içk, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, 100.000 ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb. Qeyd edək ki, dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar. Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib. Nəticədə qeyd olunan içkilərin insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib. Saxta spirtli içkiləri hazırlayan dəstə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun