“LEŞ ELGÜN” ləqəbli qəssab saxlanılıb

  • SpaceTV
  • 11 Oktyabr 2019 14:09

Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan 33 yaşlı, rayonda “Leş Elgün” kimi tanınan Elgün Çonpuzovun  mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti  aşkar edilib.
Kəsilmiş leşi müayinə etmək üçün hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları polis tərəfindən dəvət edilib.

Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun