SPACE.TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, Lerik rayonunda zəlzələ olub.
İlkin məlumatlara əsasən, yeraltı təkan, yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə Lerik ərazisində qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 12 km olan zəlzələ hiss olunmayıb.