Lerikdə torpaq sürüşməsi nəticəsində bir ailə yaşadığı evin dağıntıları altında qaldı.

  • Space TV
  • 9 Mart 2020 16:19

Bədbəxt hadisə bu gün səhər saatlarında rayonun Çayrud kəndində baş verib. Belə ki, torpaq sürüşməsi nəticəsində Arif Əlirzayevə məxsus ev dağılıb. Nəticədə Əlirzayevlər ailəsi evin dağıntıları altında qalıb. Kənd sakinlərinin köməyilə uçqundan çıxarılan 6 yaşlı Ayan Əlirzayeva və 32 yaşlı anası Qızqayıt Əliyeva müxtəlif xəsarətlərlə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin qeyd edək ki, xilasetmə zamanı dağılmış evin sahibi və ailə başçısı Arif Əlirzayev dünyasını dəyişib.

Evin yerləşdiyi dağ yamacında torpaq 6 metr sürüşərək qabağa gəlib. Kənd sakinləri deyir ki, qumsal torpaqlar olduğu üçün bu ərazilərdə sürüşmə hadisələri heç baş verməyib. 5-6 gün bundan qabaq sulu qarın yağması və sonradan yüksək temperaturun müşahidə edilməsi ehtimala görə torpaq qatının sürüşməsinə səbəb olub. Evə gəldikdə isə, 8 il əvvəl tikilib və tikinti normalarına uyğun olaraq inşa edilib.

Hadisə nəticəsində ev yiyəsinə məxsus “Niva” markalı maşın da dağıntılar altında qalıb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun