Lerikdə avtomobil körpüdən çaya aşıb, ölən və xəsarət alanlar var

  • Space TV
  • 18 Dekabr 2019 11:32

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SPACE TV-ə verilən məlumata görə, dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində rayon sakini M.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobili körpüdən çaya aşırıb. Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun