Lerikdə avtomobil 70 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində ata və 2 yaşlı oğluölüb.

  • SpaceTV
  • 24 Fevral 2020 14:41

Rayonun ucqar dağ kəndi olan Orandda 31 yaşlı Mail Rüstəmovun idarə etdiyi “UAZ” markalı avtomobil aşıb. Dağ yolunun qarla və buzla örtülü olması maşının idarəetmədən çıxmasına səbəb olub. Sərnişinlər arasında olan 4 azyaşlıdan biri, 2 yaşlı körpə Hüseyn Rəhimzadə hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 27 yaşlı Elnarə Rəhimli, 8 yaşlı Zəhra Rəhimli, 4 yaşlı Nigar Rəhimli və 3 yaşlı Hüseynəli Rəhimli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Lakin yaralılar arasında olan və qəzada dünyasını dəyişən 2 yaşlı körpənin atası, 32 yaşlı Xəqani Rəhimov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilərkən keçinib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Sürücü Mail Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır.Hadisə nəticəsində ölən və yaralananlar rayonun Orand kənd sakinləridir. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV 

Paylaş

 Xəbəriniz olsun