Lerikdə ağır yol-nəqliyyat hadisəsi baş verib

  • SpaceTV
  • 2 İyul 2020 14:25

Hadisə rayonun ucqar dağ kəndlərindən biri olan, Bürsülüm kəndi ərazisində qeydə alınıb. Belə ki, 43 yaşlı Habil Əzimovun idarə etdiyi “UAZ” markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə sürücü ilə yanaşı, sərnişinlərdən Elnarə İbrahimova və 24 yaşlı Təyyar Əliyev hadisə yerində vəfat edib. Qəza zamanı avtomobildə olanlardan 2-si yaralanıb. Onlardan biri, 36 yaşlı Mübariz Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Digər yaralı, 15 yaşlı Şeyda Əzimova isə Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu Space tv

Paylaş

 Xəbəriniz olsun