Leonid Kalaşnikov: “Rusiya ilə Azərbaycan əsl dostlardır”

  • SpaceTV
  • 14 Fevral 2020 11:00

Rusiya-Azərbaycan münasibətlərində indiki dövrdən daha müsbət dövr olmayıb. Rusiyada heç vaxt Azərbaycanla getdikcə daha çox yaxınlaşdığımız barədə bu qədər çox danışılmayıb. Birbaşa deyə bilərəm ki, bundan daha müsbət münasibətlərimiz hələ olmayıb.

Bu sözləri “Vestnik Kavkaza” nəşrinin müxbiri ilə söhbətində Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rusiya ilə Azərbaycan arasında müasir münasibətlərə dair fikirlərini səsləndirərkən deyib.

“Bu gün mən həm bəzi rusiyalı, həm də bəzi azərbaycanlı rəsmi şəxslərdən eşidirəm ki, Azərbaycan istəyəcəyi halda onun həm KTMT, həm də AİB-ə daxil olması barədə düşünmək olar. Sözügedən təşkilatların üzvlərindən birinin bu qoşulmanı bloklamaq imkanı olmasına baxmayaraq, mən hər zaman və istənilən halda bunu dəstəkləyirəm”, – deputat Ermənistan barədə danışarkən vurğulayıb.

“Biz daha sıx qarşılıqlı əməkdaşlıq etməliyik, çünki Azərbaycanla Rusiya əsl dostlardır. Dostluq sadəcə sözlərdə də deyil, biz bir-birimizi ötən illər ərzində sınamışıq. Rusiyada biz bir çox hallarda dostlarımızla bağlı yanılmışıq, məsələn Qərbdə – lakin son dövrlərdə əsl dostların harada olduğunu anlamağa başlamışıq”, – Kalaşnikov vurğulayıb.

Leonid Kalaşnikov əlavə edib ki, Azərbaycanla bu cür münasibətlər mütləq qiymətləndirilməlidir:
“Mən Avropa Şurasından bu yaxınlarda gəlmişəm, orada bütün Azərbaycan nümayəndə heyəti bizim üçün həssas məsələlərdə dəstək verdi, biz də Azərbaycanın lehinə səs verdik. Bu qarşılıqlı dəstəyə həqiqətən ehtiyacımız var, çünki kənardan bizə münasibət kifayət qədər qərəzli olaraq qalır”.

Paylaş

 Xəbəriniz olsun