Legionerin xanımı türk şəhidlər üçün ağladı

  • Space TV
  • 2 Mart 2020 15:51

Dünən Türkiyə Super Liqasının “Qalatasaray” – “Gənclərbirliyi” matçında Suriyanın İdlib vilayətində şəhid olan 36 türk əsgəri anılıb.

SPACE TV xəbər verir ki, anım tədbiri zamanı “Türk Telekom Arena”da duyğulu anlar yaşanıb.

Arenada bütün oturacaqlara Türkiyə bayraqları qoyulub. Stadionun tablosunda şəhidlərin şəkilləri göstərilib və adları oxunub. Azarkeşlər şəhidlərin adları oxunanda “Burda” qışqırıb.

Oyunu izləyənlər arasında “Qalatasaray”ın futbolçusu Martin Linnesin həyat yoldaşı Elizabet Hayqen də olub. Norveçli futbolçunun xanımı şəhidlərin adı oxunarkən göz yaşlarını saxlaya bilməyib.

Paylaş

 Xəbəriniz olsun