“Le Monde”: “Prezident seçkiləri yaxınlaşdıqca Makron və Sarkozi arasında münasibətlər gərginləşir”

  • Space TV
  • 13 Oktyabr 2020 10:16

Fransa Prezidenti Emmanuel Makron ilə keçmiş prezident Nikola Sarkozi arasında münasibətlər gərginləşib.

Spacetv.az-ın m\lumatına görə, “Le Monde” qəzetinin xüsusi hesabatında qeyd edilir ki, Makronun vəzifəyə gəldiyi zaman sələfi ilə yaxın münasibəti olub.

Ancaq onların münasibətlərinin yaydan bəri, 2020-ci il prezident seçkiləri yaxınlaşdıqca gərginləşdiyi bildirilir; onlar bir-biri ilə daha az danışmağa, görüşməyə başlayıblar.

Qeyd edilir ki, Sarkozi Makronun COVID-19 böhranını idarə etməsini “balanssız” hesab edib və gələcək prezident seçkilərində yenidən qələbə çalmaq istədiyi təqdirdə sağçıların dəstəyini almalı olduğunu vurğulayıb.

Bildirilir ki, Makron vəzifəyə başladığı 3 il yarım müddət ərzində Sarkozi vasitəsilə sağçıları cəlb edib və bunun nəticəsində mərkəz sol səsləri itirib.

Xatırladaq ki, ötən ay “Le Figaro” qəzetinin məlumatında Makronun nazirləri təyin etməsi və ölkədəki böhranların idarəsi ilə bağlı Sarkozinin təsiri altında olduğu iddia edilib.

Paylaş

 Xəbəriniz olsun