Latviyalı deputatdan Azərbaycana dəstək

  • SpaceTV
  • 20 Oktyabr 2020 16:36

Latviya Respublikası Seyminin deputatı Romans Naudinş Ermənistan terrorçularının dinc insanlara hücumlarından sonra Azərbaycana dəstək ifadə edib.

Spacetv.az əldə etdiyi məlumata görə, Romans Naudinş Gəncədə onlarla dinc sakinin həlak olması ilə nəticələnən raket hücumundan sonra öz yaşadığı evin eyvanından Azərbaycan və Latviya bayraqlarını asıb.

Xatırladaq ki, Ermənistan “Smerç” raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumlar həyata keçirir. Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.

Paylaş

 Xəbəriniz olsun