Latviya klubu futbol matçına 8 oyunçu ilə çıxıb

  • Space TV
  • 26 Noyabr 2020 17:23

Latviya çempionatında maraqlı hadisə baş verib.

Spacetv.az xəbər verir ki, “Dauqavpils” klubu “Valmiera” ilə səfər matçına 8 futbolçu ilə çıxıb.

Buna qonaq komandanın heyətində bir çox oyunçunun koronavirus testinin müsbət nəticə verməsi səbəb olub. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün kollektiv meydana 4-3-0 taktiki sxemi ilə daxil olub.

Buna baxmayaraq rəqibinə layiqli müqavimət göstərən “Dauqavpils” 70-ci dəqiqəyədək qapısından cəmi 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakimin görüşü vaxtından əvvəl bitirib.

Qeyd edək ki, “Dauqavpils” 25 turdan sonra 20 xalla 10 komanda arasında 8-cidir.

Paylaş

 Xəbəriniz olsun