Latın Amerikasında daha bir ölkədə virus aşkarlandı

  • Space TV
  • 12 Mart 2020 10:38

Ada dövləti Kubada ilk dəfə yeni növ koronavirus “Covid-19″a yoluxma halı aşkarlanıb.

SPACE TV xəbər verir ki, yerli mediada çıxan xəbərlərə görə, ölkənin Səhiyyə Nazirliyi paytaxt Havanaya martın 9-da turist olaraq gələn 3 İtaliya vətəndaşında koronavirus testləri pozitiv çıxıb.

Virus aşkarlanan şəxslərlə təmasda olan insanların müəyyən edilərək karantinə alındığı deyilən xəbərdə xəstələrinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Qeyd edək ki, ümumilikdə Latın Amerikası ölkələrindən Argentinada 21, Çilidə 23, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada 8 yoluxma halı təsbit edilib.

Paylaş

 Xəbəriniz olsun