Laporta yenidən “Barselona”nın prezidenti seçildi – FOTO

  • Space TV
  • 8 Mart 2021 10:38

Xuan Laporta 54.28 faiz səs toplayaraq “Barselona” klubunun prezidenti seçilib.

Bu barədə Sports.ru məlumat yayıb.

X.Laporta səsvermədə Viktor Font (29.29 faiz) və Toni Freyşi (8.58 faiz) qabaqlayıb.

Qeyd edək ki, Xuan Laporta “Barselona”nın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Jozep Bartomeuya uduzmuşdu.

X.Laportanın 2003-2010-cu illərdə “Barsa”ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka yiyələnib. 2009-cu ildə isə “Barselona” il ərzində altı kubok qazanıb.

Paylaş

 Xəbəriniz olsun