Laboratoriyanın səhvinə görə 19 futbolçu koronavirusa yoluxdu

  • SpaceTV
  • 7 İyul 2020 17:00

Bolqarıstanda yerli laboratoriyalardan birinin səhvinə görə 19 futbolçu koronavirusa yoluxub.

Bu barədə “Sportstar” nəşri yazıb.

Əvvəlcə COVID-19-a “Tsarsko selo” komandasının müdafiəçisi Martin Kavdanski yoluxub. Lakin onun test nəticələri mənfi olub. Beləliklə, “Çerno more” komandasına qarşı oyuna çıxan futbolçu hər iki komandanın futbolçularını yoluxdurub.

Bundan sonra aparılan testlər nəticəsində “Tsarsko selo”da üç, “Çerno more”də isə 16 nəfərin COVID-19-a yoluxduğu üzə çıxıb.

Testlərin keçirildiyi laboratoriya səhvini etiraf edib.

Paylaş

 Xəbəriniz olsun