Lənkaranda xəttə əlavə avtobuslar buraxılıb

  • Space TV
  • 6 Yanvar 2020 15:00

Lənkəran Avtovağzalında hazırda ötən ilə nisbətən sərnişin sıxlığı yaşanmır. Iri və ortatutumlu nəqliyyat vasitələrində Paytaxta üz tutan sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Avtovağzalda son iki gün ərzində paytaxta üz tutanların sayında artım müşahidə olunur. Sərnişin sıxlığının hiss olunmaması üçün xəttə əlavə avtobuslar buraxılıb. Eyni zamanda, süni qiymət artımının qarşısını almaqdan ötrü nəzarət gücləndirilib. Çəkiliş apardığımız zaman tətildən qayıdan sərnişinlər həm qiymətdən, həm də onlara göstərilən xidmətdən razılıq etdilər.

Avtovağzaldan bildirildi ki, adi günlərdə xəttə 8 avtobus buraxılırdısa bu gün günün birinci yarsında xəttə artıq 12 avtobus buraxılıb.

Qiymətlərə gəlincə, isə avtovağzal rəsmisi gediş haklarının tarif şurasının müəyyən etdiyi qaydada həyata keçirldiyini bildirdi.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun