Lənkaranda Sitrus meyvələrinin ən irisi.

  • Space TV
  • 3 Yanvar 2020 16:57

Limon, naringi, portağal və qreyfrutdan ağırlığına görə pampelmos çox fərqlənir. Vətəni Cənub-Şərqi Asiyada çəkisi 5-6 kq olan bu ekzotik meyvə ölkəmizdə 1,5 kq-aqədər böyüyür. 

Bitkidən seleksiya işi ilə yanaşı, tozcuqlarından yeni sortların alınmasında, həm də calaqaltı məqsədilə istifadə olunur.  Digər sitrus bitkiləri kimi pampelmos da suya tələbkardır, xəstəliklərə və şaxdaya isə nisbətən dözümlüdür.  

Pampelmos faydalılıq xüsusiyyətlərinə, vitamin və minerallarla zənginliyinə görə qreyfrutu  geridə qoyur.

Bir ağacdan  bitkinin boyundan , məhsula  düşməsindən, aqrotexniki qulluqdan asılı olaraq 50- 70 kq  məhsul götürmək olur.Lənkəranda tək-tük təsərrüfatlarda artırılan bitki elə də tanınmır və bunun üçün də alıcısı azdır. Bitkidən demək olar ki, yalnız bəzək bağçılığında istifadə olunur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun