Lənkaranda “şəhərdən kəndə”

  • Space TV
  • 17 Dekabr 2019 15:00

İstisu qəsəbəsində yerləşən təsərrüfatlara diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, dövlət və özəl qurumların əməkdaşları gəliblər. Ölkəmizin ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə xarici və yerli qonaqlara ətraflı məlumat verilib. Çıxış edənlər kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyindən danışıblar. Bildirildi ki, bu layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir. Layihə çərçivəsində hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur. Aqroekoturizmin Azərbaycandakı potensialı çox yüksək qiymətləndirilir.

Aqrotur çərçivəsində yerli və xarici qonaqlar feyxoa, naringi və kivi bağları ilə tanış olublar. 15 hektarlıq təsərrüfat layihəyə qoşulduğu 2 ay ərzində 150-ə yaxın turisti qonaq edib.

Leyla Məmmədova (“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri)

Qeyd edək ki, 18 dekabr tarixində turizm şirkətləri ilə görüş keçiriləcək. Məqsəd həmin 500 maarifləndiriləcək fermerin təsərrüfatlarına həm yerli, həm də xarici turistlərin gəlişini təmin etmək olacaq.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun