Lənkaranda oğurluq edən şəxs saxlanılıb

  • Space TV
  • 20 Dekabr 2019 14:54

4 gün əvvəl rayonun Veravul kəndində Adil Əzimovun yaşadığı evdən oğurluq edilmişdi. Oğru ev sahibinin 45000 dollar pulunu və 3500 manat dəyərində qızıl zinət əşyalarını götürərək evdən çıxmışdı. Zərərçəkən dərhal polisə müraciət edib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğrunun kimliyi məlum olub. Belə ki, evi oğurlanan şəxsin həmkəndlisi, hadisəni törətməkdə təqsirli bilinən qonşusu saxlanılıb.

Oğurlanmış pulun 29000 dolları və qızıl zinət əşyaları gizlədildiyi yerdən aşkar edilib və maddi sübut kimi götürülüb. Fəzli Əhədzadə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun