Lənkaranda məhdudiyyətlər mövcuddur

  • SpaceTV
  • 8 May 2020 12:18

Restoran, kafe, çay evləri və digər yerində xidmət təklif edən obyektlər bağlıdır, küçələr isə davamlı şəkildə dezinfeksiya edilir. Son vaxtlar isə bu prosesə Daxili İşlər Nazirliyinin xüsusi nəqliyyat vasitələri də qoşulub.

Müvafiq qurumlar, eləcə də karantinə nəzarəti həyata keçirən polis üzərinə düşəni edir, kütləvi informasiya vasitələri davamlı şəkildə maarifləndirmə işini aparır. Amma buna rəğmən yenə də özünün və ətrafdakıların sağlamlığına laqeyd yanaşan, məsuliyyətsiz davranış sərgiləyən insanlara rast gəlinir. Cərimə olunmasın deyə icazə sistemindən istifadə edənlər təəssüf ki, çölə çıxdıqda tibbi maskadan istifadə etmək istəmirlər. Baxmayaraq ki, artıq çoxdan apteklərdəki maska qıtlığı həllini tapıb. Üstəlik bir çox hallarda polis və digər qurumların əməkdaşları tərəfindən pulsuz maskalar paylanır. Amma bəzi insanlar hələ də nədənsə məsələnin ciddiliyini dərk etmək istəmir. Maska niyə taxmamısız sualına tutarlı cavab ala bilmirik

Üstəlik zəruri hallar üçün verilən icazələrin müddətinin 3 saata qaldırılması da bir çox hallarda sui-isifadə hallarının yaranmasına səbəb olur, çöldə olan insanların sayı artır. Elə polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı da əksər sakinlərin məhz icazə əsasında hərəkət etdiyinin şahidi olduq

Elə polis də insanları öz sağlamlıqlarını qorumaq naminə yalnız zəruri hallarda çölə çıxmağa, tibbi maskadan istifadə edib sosial məsafəni gözləməyə çağırır.

Qeyd edək ki, bu günə kimi Lənkəranda 900-ə yaxın insan karantin qaydalarını pozduğuna görə cərimələnib.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun