Lənkaranda ev yanıb

  • SpaceTV
  • 7 Dekabr 2019 17:31

Gecə saatlarında rayonun Səpnəkəran kəndində 58 yaşlı Ələddin Mahmudova məxsus və 4 ailənin məskunlaşdığı birmərtəbəli 4 otaqlı evdə yanğın olub. Ev sahibləri yanğının elektrik naqillərindən başladığını deyir.

 6-sı azyaşlı olmaqla 14 nəfərin yaşadığı 4 otaqlı evin 3 otağı əşyaları ilə birgə yanıb. Ailə üzvlərindən I qrup əlil Aslan Mahmudzadəni yanan evdən çıxarmaq çətin olsa da, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.Ümumi sahəsi 120 m² olan evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun