Lənkaranda 92 yaşlı nənə koronovirusdan sağaldı

  • Space TV
  • 1 May 2020 14:36

Mart ayının son günlərində koronavirusa yoluxmuş 92 yaşlı Ağabəyim Axundova bir neçə gündür ki, öz evinə qayıdıb. Ağabəyim Axundova xəstəliyə tutulduğu və onunla mübarizə apardığı çətin günlərdə sağlamlığının təmin edilməsi və hər cür dövlət qayğısı ilə əhatə olunduğuna görə, ölkə başçısına və onu sağaldaraq ailəsinə qaytaran həkimlərə minnətdarlığını bildirir.

Lənkəran rayonu Boladı kəndində yaşayan Axundovlar ailəsinin 3 üzvündə – Ağabəyim Axundova, onun oğlu Aydın və gəlini İlahədə koronavirus infeksiyasına yoluxma faktı ötən ay qeydə alınıb. Belə ki, İlahə Axundova Boladı kənd həkim məntəqəsində tibb bacısi işləyir. O, virusun ilk əlamətlərini hiss edən kimi özünə ilkin yardım etsə də, bir neçə gün keçkdikdən  sonra səhhətinin daha da pisləşdiyini və ailə üzvlərinin də vəziyyətinin yaxşı olmadığını görür və təcili tibbi yardıma müraciət edir.

İndi isə Axundovlar ailəsinin hər üç üzvü sağalaraq öz kəndlərinə, evlərinə geri qayıdıblar. Üçünün də səhhətində artıq heç bir problem yoxdur.

Belə bir çətin sınaqdan keçən ailə hər kəsə daha diqqətli olmağı və koronavirusa etinasız yanaşmamağı tövsiyə edirlər.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun