Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Baba Ağayev və Saleh Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən tutulublar. Davam etdirilən tədbirlərlə Baba Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər – Kaman Heydərov və Astara rayon sakini Ehtiram Xankişiyev də müəyyən edilərək saxlanılıb. Kamran Heydərovdan 2 kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.
Rövşən Almazoğlu SPACE TV