Lənkaranda 270 xalça toxunub

  • SpaceTV
  • 16 Oktyabr 2019 15:34

Emalatxanada Şirvan, Təbriz, əsasən də Muğan çeşniləri əsasında xalçalar toxunur. Üzərilərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunur ki, bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir. Bir il ərzində Lənkərandakı xalça müəssisəsində 875 kvadrat metr olmaqla 270 xalça toxunaraq təhvil verilib.  Burada toxunan xalçaların müəyyən bir qismi artıq dünyanın bir çox ölkələrinə ixrac olunur. Son illər ölkəmizdə fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarının xammalla təmin edilməsi məqsədilə də mühüm tədbirlər həyata keçirilib.Lənkəranda xalça fabrikinin istifadəyə verilməsinin bir illiyi münasibətilə kollektivlə keçirilən görüşdə “Azərxalça” ASC-nin sədri  Vidadi Muradov bildirib ki, bölgələrdə xalça emalı müəssisələrinin yaradılması dövlətimizin başçısının xalçaçılığın inkişafına göstərdiyi diqqət və qayğısının əyani təzahürüdür. Hazırda “Azərxalça” ASC-nin 20 şəhər və rayonda 21 filialı fəaliyyət göstərir. Sonda peşəkarlığı ilə fərqlənən toxuculara fəxri fərmanlar təqdim olunub.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun