Lənkəranskinin qardaşının restoranında saxlanılan şəxslərin adları məlum oldu

  • Space TV
  • 23 Fevral 2021 11:06

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə məxsus “Neon” restoranında keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan Əfqan Quliyev, Camal Həsənov, Aydın Aydınlı və Azər Şıxıyevin üzərindən narkotik vasitə və silah aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan dörd şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

Paylaş

 Xəbəriniz olsun