Lənkəranın mərkəzi bazarında oğurluq hadisəsi baş verib.

  • SpaceTV
  • 14 Mart 2020 12:46

 Oğurluğa məruz qalan rayonun Səpnəkəran kənd sakini Gülnar Hüseynzadə olub. Belə ki, o, bazarda olduğu zaman tanımadığı bir şəxs onun cibindən 700 manat dəyərində “Samsung” markalı mobil telefonu oğurlamağa cəhd edib. Polis əməkdaşları oğrunu saxlamağa müvəffəq olub. Araşdırmalarla onun Masallı rayonunun Viləş kənd sakini, əvvəllər məhkumluq həyatı yaşamış Namiq Musayev olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs Gülnar Hüseynzadənin telefonunu oğurladıqdan bir qədər sonra qadın bundan xəbər tutub və qışqırıb. Bunu görən Namiq Musayev telefonu yerə ataraq qaçıb və sonradan polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

RÖVŞƏN ALMAZOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun