Lənkəranda yük avtomobili yanıb

  • SpaceTV
  • 25 Sentyabr 2020 09:58

Lənkəran rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Ləj kəndində “Volvo” markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Spacetv.az xəbər verir ki, yüksək temperaturdan avtomobilin arxa hissəsində yerləşdirilmiş meyvə yığılan 100 ədəd plastik tara əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun