Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapılıb.

  • Space TV
  • 4 May 2020 16:23

Körpəni 48 yaşlı Camal Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdan zaman tapıb. O, Liman şəhərinin M.Ə.Sabir küçəsində bir həyətin qapısında bağlama görüb. Orada yaşayış olmadığı üçün kağızdan olan qutu onun diqqətini çəkib. Qutunu açanda görüb ki, içərisində körpə yatır. Camal Kazımov körpəni evə gətirib, yuduqdan sonra.

Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Körpə polis əməkdaşlarının iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib. Körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir və vəziyyəti orta-ağırdır. Körpə xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küveytə yerləşdirilib. Hazırda isə temperaturu normaldır və səhhəti həkimlərin tam nəzarətdədir. Faktla bağlı araşdırma aparılır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun