Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb

  • SpaceTV
  • 23 May 2020 14:41

Lənkəran polisi daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotiklərin dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Əliyev saxlanılıb. Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun