Lənkəranda təmir sexində partlayış baş verib

  • Space TV
  • 4 May 2020 16:10

Bədbəxt hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. Qaynaqçı, şəhər sakini, 39 yaşlı Anar Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Anar Ağakişiyevin sexdəki köməkçisi, 41 yaşlı Eldəniz Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya travmatik şok və yanıq şoku diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

RÖVŞƏN ALMASOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun